Dərc edilib: 08-10-2017

https://www.nuh.az/12667-.html

Azərbaycanda kreditlərlə bağlı yenilik

08.10.2017 13:09:29

İqtisadiyyat

Azərbaycanda istifadəçilərə maliyyə vasitəçiləri olmadan borc alıb verməyə imkan verən yeni platforma yaradılır.


Trend   xəbər verir ki, bunu Bakıda V İnvestisiya yarmarkasında “Maliyyə” startapının həmtəsisçisi Cəfər Babayev deyib.

O qeyd edib ki, bu yolla kreditləşmə maksimum şəkildə avtomatlaşdırılacaq.

Onun sözlərinə görə, “Maliyyə” şirkətinin baş ofisi və filialları olmayacaq: “Bu layihə sayt və mobil tətbiqdən ibarət olacaq. Qeydiyyatdan keçən şəxs reytinq yığacaq və bu reytinq onun hansı həcmdə kredit ala və verə biləcəyini müəyyənləşdirəcək”.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib