Dərc edilib: 08-10-2017

https://www.nuh.az/12672-.html

Zakir Həsənovun Belarusa rəsmi səfəri başlayıb

08.10.2017 15:40:25

Siyasət

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.

“Qafqazinfo”nun Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək.
 
Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib