Dərc edilib: 08-10-2017

https://www.nuh.az/12674-.html

GUAM xarici işlər nazirləri Tbilisi Bəyannaməsi imzaladılar - Yenilənib

08.10.2017 16:33:59

Siyasət

Tbilisidə GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
 
APA-nın  xəbərinə görə, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Pavlo Klimkin və Andrey Qalbur və GUAM-ın baş katibi Altay Əfəndiyev GUAM çərçivəsində əməkdaşlıq və təşkilatın gələcək inkişaf perspektivləri barədə müzakirələr aparırlar.
 
Nazirlər görüşdən soran mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.

***

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Andrey Qalbur və Pavlo Klimkin Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş görüşün yekununda birgə Bəyannamə imzalayıblar.

Bəyannamədə GUAM təşkilatının gələcək inkişaf perspektivləri öz əksini tapıb.  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib