Dərc edilib: 09-10-2017

https://www.nuh.az/12683-.html

Almaniya millisi Azərbaycana 5 qol vurdu

09.10.2017 00:51:54

İdman

Azərbaycan millisi "DÇ-2018"in seçmə mərhələsində çıxışı başa vurub. "Qaynarinfo" xəbər verir ki, yığmamız son oyunda Almaniyanın qonağı olub.

C qrupunun 9 oyununda 27 xal toplayan Almaniya bu matçadək dünya çempionatına vəsiqəni təmin etmişdi. Bu səbəbdən baş məşqçi millimizlə oyunda ikinci heyətə verəxəyini əvvələdən açıqlamışdı.

Millimiz isə ən yaxşı halda 4-cü yerə ümid edirdi. Bunun üçün isə mütləq Almaniyadan xal almaq və Norveçin evdə Şimali İrlandiyaya yenilməsini gözləmək lazım idi. 

Oyuna fəal başlayan Almaniya 9-cu dəqiqədə Leon Qoretzka ilə hesabı açıb. 34-cü dəqiqədə Ramil Şeydayev gözəl qolla bərabərliyi təmin edib və ilk yarı 1:1 hesabı ilə başa çatıb. İkinci yarıda daha da fəallaşan almanlar 4 qol vurub. 55-ci dəqiqədə Sandro Vaqner, 64-cü dəqiqədə Antonio Rudiger fərqlənib. İki dəqiqə sonra Leon Qoretzka dubl edib. Son nöqtəni isə 81-ci dəqiqədə Emre Can qoyub. 5:1 hesabı ilə qalib gələn Almaniya seçmə mərhələni maksimum nəticə ilə başa vurub. 

Beləliklə, Azərbaycan millisi seçmə qrup mərhələsində həm evdə, həm də səfərdə Almaniya millisini məyus edən yeganə komanda olub. Bundestim indiyədək cəmi 4 qol buraxıb ki, onların da yarısı Azərbaycanın payına düşür. Digər tərəfdən, bu oyunadək Almaniya öz meydanında heç bir komandadan qol buraxmamışdı. Azərbaycan millisi Bundestimə belə aqibəti yaşadan ilk komanda olub. Martın 26-da Bakıda keçirilmiş oyunda Dmitri Nazarov fərqlənib. Həmin oyunda Bundestim böyük hesabla qalib gəlib - 4:1. Hazırda isə hesab bərabərdir - 1:1. 

DÇ-2018

Seçmə mərhələ

C qrupu

22.45 Almaniya - Azərbaycan 5:1

Qollar: Leon Qoretzka, 9; 66. Sandro Vaqner, 55. Antonio Rüdiger, 64. Emre Can, 81 - Ramil Şeydayev, 34.

Almaniya: 12. Bernd Leno, 2. Şkodran Mustafi, 6. Niklas Süle, 9. Sandro Vaqner, 10. Lars Stindl, 13. Tomas Müller, 14. Emre Can, 18. Coşua Kimmix, 19. Leon Qoretzka, 20. Yuialn Brandt, 23. Leroy Sane.

Ehtiyat oyunçular: 1. Kevin Trapp, 22. Mark-Andre ter Ştegen, 3. Marvin Plattenhart, 4. Mattias Ginter, 5. Mats Hummels, 15. Amin Yunes, 16. Antonio Rüdiger, 17. Jerom Boatenq, 21. Sebastian Rudi.

Baş məşqçi: Yoahim Löv.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 18. Təmkin Xəlilzadə, Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov.

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 17. Mahir Mədətov, 21. Tərlan Quliyev.

Baş məşqçi: Robert Prosineçki.

Hakimlər: Andris Treymanis, Harald Gudermanis, Aleksey Spasyonnikov, Aleksandr Qolubev (Latviya).

Kayzerslaytern. Fritz Valter stadionu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib