Dərc edilib: 09-10-2017

https://www.nuh.az/12687-.html

Prezident bacısına vəzifə verdi

09.10.2017 01:33:00

Siyasət

Şimali Koreya lideri Kim Çen In bacısı Kim Yo Conqu ölkənin ən yüksək qərarverici orqanı olan İşçi Partiyasının İdarə Heyətinə gətirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu vəzifədə xalasını əvəz edəcək.

Dövlət idarəsində də bəzi dəyişikliklər edilib. Belə ki, xarici işlər naziri Ri Yonq Hoya İdarə Heyətində səsvermə hüququ verilib.

Xatırladaq ki, Kim ailəsi ölkəni Şimali Koreyanın qurulduğu 1948-ci ildən idarə edir.

 

   NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib