Dərc edilib: 09-10-2017

https://www.nuh.az/12691-.html

“...Söhbət xırt kəsildi” - Faiqdən Röya açıqlaması

09.10.2017 09:55:49

Maraqlı

“Baş verən hadisələr mənim mübarizə yolum idi. Təbii ki, kimsə irəliyə getmək üçün ayağını 10 metr uzaq məsafədən qazmağa başlayırlar”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev “Zümrüd və Suat” şousunda deyib.  Müğənni ötən həftə əməkdar artist Röya Ayxan ilə yaşadığı qalmaqala münasibət bildirib. 

Ağayev illərdir ki, qalmaqallarla üzləşdiyini bildirib:

“Mən bu sənətə mübariz bir insan kimi gəlmişəm. Bu qalmaqallar 2008-ci ildən sonra, xalq artisti adını aldıqdan sonra dayandı. Anladım ki, hər deyilən sözə reaksiya vermık düzgün çıxmır. Son vaxtlar isə mən heç nə deməmişdim. El misalı var- “Sözünü de, sahibi götürəcək”. İndi o sözü necə götürdüsə, xoşagəlməz bir hadisə yaşandı. Gördüyünüz kimi, söhbət xırt kəsildi”. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib