Dərc edilib: 09-10-2017

https://www.nuh.az/12696-.html

Kubalılar Çe Qevaranı yad etdilər

09.10.2017 11:05:15

Dünya

Kubadakı sosialist inqilabının liderlərindən olan Çe Qevaranın ölümündən 50 il keçir.

"Ölkə.Az" xəbər verir ki, argentinalı inqilabçının ölüm günü Kubanın paytaxtı Havanada təşkil edilən tədbirlərlə qeyd edildi.

Havana küçələrindəki reklam bilbordları Qevaranın rəsmləri ilə bəzədilib. Bir çox yerli və xarici turist məşhur inqilabçının fiqurlarını hədiyyə kimi aldılar.

Çe Qevaranın qardaşı Xuan Martin Qevara isə Argentinanın paytaxtı Buenos-Ayresdə sərgi açaraq qardaşının xatirəsini yaşatmağa çalışır.

 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib