Dərc edilib: 09-10-2017

https://www.nuh.az/12697-.html

Anar Məmmədxanovun xanımının iti tapıldı

09.10.2017 14:59:39

Maraqlı

Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovanın oğurlanmış “caucau” cinsli iti tapılıb. 


Bu haqda “Qafqazinfo”ya məlumatı redaksiya ilə əlaqə saxlayan  İ. Məmmədxanova verib: “Mənə bu işdə köməklik etdikləri üçün polis əməkdaşlarına təşəkkür edirəm. İt Şüvəlan istiqamətində küçələrin birində tapılıb. Belə ki, it həyətdən çıxıb Şüvəlan tərəfə  gedib.  Küçədə yaşayan bir ailənin itdən xoşu gəlib və onu həyətə salıblar. Onlar  bunu oğurlamaq məqsədilə etməyiblər. Sadəcə it xoşlarına gəlib. Biz də həmin evi tapdıq və onu bizə qaytardılar”.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib