“Bu məsələ ilə bağlı bir neçə həftə öncə şirkət rəhbərliyinə müraciət olunub. Bəli, biz səhvimizi etiraf edirik. Artıq bununla bağlı müvafiq tədbirlər görülüb, üzərində Nizami Gəncəvi ilə bağlı qeydlər olan dəftərlər satışdan çıxarılıb”.
Xatırladaq ki, ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib. Sözügedən dəftərlər isə məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan “Oyal” şirkəti tərəfindən hazırlanaraq, satışa çıxarılıb.