Dərc edilib: 09-10-2017

https://www.nuh.az/12707-.html

Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu

09.10.2017 19:18:59

LIVE

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.
 
“Qafqazinfo”nun məlumatına görə, diplomatik mənbələrdən APA-ya bildirilib ki, səfər oktyabrın 30-da baş tutacaq.
 
R. T. Ərdoğanın səfər zamanı bir sıra görüşlər keçirməsi planlaşdırılır. Bundan başqa, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.
 
Türkiyə prezidentinin oktyabrın 30-da Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışında iştirakı də gözlənilir.

 

    NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib