Dərc edilib: 09-10-2017

https://www.nuh.az/12711-.html

Maklerin aldatdığı 83 yaşlı qadın məhkəməyə belə gətirildi - Fotolar

09.10.2017 21:58:07

Kriminal

Azərbaycanın tanınmış geoloqlarından olan 83 yaşlı Zibeydə Qəmbərova ev alqı-satqısı zamanı aldadılıb və bu səbəbdən də məhkəməyə müraciət edib.

Femida.az   xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Elşanə Vəliyevanın sədrliyi ilə işə baxılıb. Bu barədə məlumatı Zibeydə Qəmbərovanın vəkili Ruhiyyə İsayeva verib. “Mən Zibeydə xanımın dövlət hesabına təyin edilmiş vəkiliyəm. Ali Məhkəmə apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Bu gün qadının məhkəmə prosesinə gətirilməsində böyük çətinlik yaşadım. Onun ayaqlarında ciddi problem var. Məhkəmənin binasını qalxa bilmirdi. Çox sağolsunlar ki, məhkəmə işçiləri onun zala qaldırılmasına köməklik göstərdilər. Biz hamımız məhkəmədən ədalətli qərar gözləyirik”, - deyə vəkil söyləyib.

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib