Dərc edilib: 09-10-2017

https://www.nuh.az/12715-.html

Müharibədə atalarını itirənlər üçün “Yetimlər kəndi” tikilir

09.10.2017 23:42:59

LIVE

Suriyada bir neçə ildir davam edən müharibədə minlərlə uşaq valideynini itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, valideyn himayəsindən məhrum qalmış uşaqlar üçün İdlibin Kah kəndi yaxınlığında “Yetimlər kəndi” adlandırılan yeni yaşayış kompleksi inşa edilir.

Kompleksin inşasını müxtəlif xeyriyə cəmiyyətləri və ictimai təşkilatlar həyata keçirir.

Məlumata görə, ərazidə 4-5 mərtəbəli 11 bina tikilir. Hazırda onların inşası bitmək üzrədir. Kompleks hazır olandan sonra yetim qalmış uşaqlar oraya yerləşdiriləcəklər.

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib