Dərc edilib: 10-10-2017

https://www.nuh.az/12716-.html

Pentaqon rəhbəri orduya göstəriş verdi - “Müharibəyə hazırlaşın”

10.10.2017 00:10:59

LIVE

ABŞ-ın müdafiə naziri Ceyms Mettis Şimali Koreya ilə problemi həlli etmək üçün ordunun hərbi müdaxiləyə hazır olmasının vacibliyini bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon rəhbəri hazırda beynəlxalq proseslərin çox qarışıq olduğunu və Ş.Koreyanın da təhrikedici hərəkətlərə davam etdiyini söyləyib.

O deyib ki, ABŞ ordusu prezidentin göstəriş verəcəyi təqdirdə müharibəyə hazır olmalıdır:

Mettis, “Bizi necə bir gələcəyin gözlədiyini söyləyə bilmərəm” deyə sözlərinə əlavə edib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib