Dərc edilib: 10-10-2017

https://www.nuh.az/12726-.html

Qüdrət Şükürov Gümüş Plazadakı məzillərini 1.8 milyona satdı

10.10.2017 11:44:47

Cəmiyyət

Son vaxtlar  məmurların çoxu öz mülklərini  satışa  çıxarıblar. Bu əsasən  maliyyə böhranı ilə bağlıdır. 

Belə məmurlardan biri də Bakı Lift İdrəsinin direktoru  Qüdrət Şükürovdur. 


NUH.az-a daxil  olan məlumata görə, Qüdrət  Şükürov  dəbdəbəli  həyat tərzi ilə bağlı mətbuatda gedən məlumatlardan sonra  vəzifəsi ilə vidalaşmalı olub. Onun hətta  şəhərin meri Hacıbala Abutlaıbov tərəfindən vəzifəsindən uzaqlaşdırılması ilə bağlı mətbuatda məlumat da yayıldı. Ancaq Qüdrət Şükürov sonda vəzifəsini qoruya bilib. 

NUH.az- ın məlumatına görə, Lift İdarəsinin direktoru məşhur  "Gümüş Plaza"dakı  2 mənzilini  ( 900 min + 900 min ) 1, 8 milyona sataraq  vəziyyətdən çıxa bilib. 

Görəsən, adi  idarə direktorunda bu qədər pul haradandır? Dəyəri 10 milyonlarla ölçülən  evlər, villalar hansı pulla əldə olunub?  

Nə üçün hüquq-mühafizə  orqanları, müvafiq qurumlar bunu araşdırmır? 

Bunun üçün mütləq Prezident  göstəriş verməlidir ? 

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib