Dərc edilib: 10-10-2017

https://www.nuh.az/12729-.html

Əziz Orucovun anası ifadə verdi

10.10.2017 13:04:41

LIVE

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” İnternet Televiziyasının rəhbərli Əziz Orucovun  barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə baxış iclası keçirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib, Ə.Orucov özünü təqsirli bilmədiyini deyib.

Ə.Orucovun anası Almaz Həsənova şahid qismində ifadə verərək deyib ki, oğlunun qrant alıb-almamasını bilmir: “Görəsən qardaşın işinə görə qardaş, atanın işinə görə oğul çəza çəkməlidirmi? Bu işi aparan müstəntiq mənə dedi ki, Əziz qardaşı Anarın etdiklərinin cəzasını çəkir. Qafqaz Media Tədqiqatlar Mərkəzini Anar yaradıb, o təşkilata ayrılan pulları da Anar götürüb. Əzizin heç nədən xəbəri olmayıb”.

Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib