Dərc edilib: 10-10-2017

https://www.nuh.az/12736-.html

Vətəndaş deputatın marketindən 2 kq yağ oğurlayıb ?

10.10.2017 17:17:41

İqtisadiyyat

 

Bir neçə gün əvvəl  saytlarda məşhur  “Favorit” marketindən yağ oğurlanması barədə xəbər yayılmışdı.

Xəbərdən bəlli olurdu ki, 47 yaşlı Bakı sakini  2 kq yağ oğurladığı üçün marketin rəhbərliyi onu saxlayaraq polisə təhvil verib.

Xəbər  sosial şəbəkələrdə ciddi müzakirə olunaraq oğurluğun ehtiyac üzündən baş verdiyi  qeyd olundu və marketin rəhbərliyi qınandı.

Əlbəttə, oğurluğun  böyük-kiçik  olmasından asılı olmayaraq oğruya bəraət  qazandırmaq olmaz.  Amma…

Axı, dövlətin milyonlarla sərvətini dağıdanlar ortada olduğu halda ehtiyac ucbatından  2 kq yağa görə, insanı necə cəzalandırmaq olar ?

Görəsən, Favorit marketinin rəhbərliyi  nə düşünür ?

Favorit marketinin kimə məxsus olması da sosial şəbəkədə müzakirə olundu.

Apardığımız araşdırma zamanı bəlli oldu ki, müxtəlif vaxtlarda mediada Favorit  marketinin  deputat Elmira Axudovanın oğlu  Həbib Axundovun idarəçiliyində olduğu qeyd edilir. Daha doğrusu, Həbib Axundovun marketə şərik olduğu ehtimalı edilir.

İstənilən halda 2 kq yağa görə, vətəndaşın rüsvay edilməsi, polisə təhvil verilməsi nə ölkəyə, nə də millətə ( millət vəkilinə ) başucalığı gətirmir. 

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib