Dərc edilib: 10-10-2017

https://www.nuh.az/12739-.html

“Rusiya Krıma görə Ukraynaya pul ödəsin” - Çexiya prezidenti

10.10.2017 19:00:41

Dünya

Çexiya prezidenti Miloş Zeman Ukraynanın Krımı itirməsini “başa çatmış məsələ” hesab edib. 

“Qafqazinfo” xəbər verir ki, bunu Zeman bu gün Strasburqda Avropa İttifaqı Parlament assambleyasında deputatlara müraciəti zamanı deyib:

“Əgər biz Krımı götürüb Ukraynaya qaytarsaq bu, Avropa müharibəsinə gətirəcək. Biz Avropa müharibəsindən qaçmalıyıq və siz də bunu başa düşməlisiniz”. 

Çex lider bildirib ki, Moskva mübahisəni Kiyevə ödəniş etməklə nizamlaya bilər: “Fikrimcə, Ukraynaya ya maddi, yaxud neft-qaz formasında kompensasiya ola bilər”. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib