Dərc edilib: 10-10-2017

https://www.nuh.az/12742-.html

Şotlandıya ölkə referenduma hazırlaşır !!!

10.10.2017 20:20:22

Günün sitatı

Son 3 həftədə İraqda və İspaniyada kürdlərin və katalonların müstəqillik referendumu keçirməsindən sonra, indi də Şotlandiya eyni addımı atmağa hazırlaşır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şotlandiya Milli Partiyasının (SNP) sədr müavini Anqus Robertson məlumat verib.

O deyib ki, yaxın zamanlarda Şotlandiyanın Britaniya Krallığından ayrılması üçün referendum keçiriləcək.

Xatırladaq ki, Şotlandiyada 2014-cü ildə də referendum keçirilmiş, seçicilərin çox hissəsi isə krallıqdan ayrılmağın əleyhinə səs vermişdilər. Lakin, ötən ildən etibarən Britaniyanın Avropa Birliyindən çıxmaq üçün başlatdığı “Brexit” proosesindən sonra Şotlandiyada referendum məsələsi yenidən gündəmə gəlib.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib