Dərc edilib: 10-10-2017

https://www.nuh.az/12744-.html

“Uşaqlarınıza türkcə öyrədin” - Xamenei

10.10.2017 23:37:51

Maraqlı

İranın ali dini lideri Seyid Əli Xamenei cənubi azərbaycanlı bir uşaqla söhbətləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Xamenei kağızda yazılanları uşağa başa salıb, sonra onunla qısa söhbət aparıb.

“Maşallah. Sən türksən, ya farssan?”, - deyə soruşduqda uşağın anası araya girib və uşağın türk olduğunu, amma türk dilində danışa bilmədiyini deyib.

Xamenei cavab olaraq “Məktəbdə farsca öyrədilir, siz də uşaqlarınıza evdə türkcə öyrədin ki, hər ikisini də bilsin” deyə bildirib.

Həmin söhbəti təqdim edirik:

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib