Dərc edilib: 11-10-2017

https://www.nuh.az/12747-.html

“Əgər “gicbəsər” deyibsə...” - Tramp Tillersona İQ testi təklif etdi

11.10.2017 00:03:21

Dünya

Ötən həftə ABŞ-ın dövlət katibi Reks Tillersonun prezident Donald Trampa “gicbəsər” dediyi iddia edilmişdi.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp iddialara münasibət bildirərək, xəbərin saxta olduğunu inandığını deyib:

“Əgər belə deyibsə də, inanıram ki, İQ testində yarışmağımız lazımdır və öncədən sizə kimin qalib gələ biləcəyini deyə bilərəm”.

Trampın sabah Tillersonla görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Dövlət katibi ilə prezident arasında ziddiyyətlər doğrudan da mövcuddur və bu, dəfələrlə ictimai forma da alıb. Onlar Əfqanıstandakı ABŞ qoşunlarının sayı, Qətər böhranı və Kuba məsələsində yekdil mövqeyə gələ bilməyiblər.

Bir neçə gün öncə Tillersonun istefa xəbəri də gündəmə gəlmişdi. Lakin, o, vəzifədən getməyəcəyini açıqlamışdı.

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib