Dərc edilib: 11-10-2017

https://www.nuh.az/12749-.html

Kataloniya rəhbəri geri çəkildi - Müstəqillik təxirə salındı

11.10.2017 00:34:52

Günün sitatı

Kataloniya Regional Hökumətinin rəhbəri Karles Puçdemon İspaniya hökuməti ilə dialoqun davam etdirilməsi üçün müstəqilliyin elan edilməsini təxirə salıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Puçdemon problemin müzakirələrlə həll edilə biləcəyini və beynəlxalq vasitəçilərin cəhdlərinin də dəyərləndiriləcəyini söyləyib.

“Referendumda 90 faiz səslə müstəqillik tərəfdarları qalib gəlib. Xalqın Kataloniyanın dövlət olması istiqamətində ortaya qoyduğu iradəsinin təcəlli etməsini istəyirəm. Müstəqillik düşüncəmizdən əl çəkmirik, sadəcə təxirə salırıq”, - deyə o, bildirib.

Qeyd edək ki, daha öncə Kataloniya rəhbərliyi müstəqilliyin 12 oktyabrda elan edilə biləcəyini açıqlamışdı.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib