Dərc edilib: 11-10-2017

https://www.nuh.az/12752-.html

Polis prokuroru kabinetində güllələdi

11.10.2017 02:01:37

Kriminal

Türkiyənin Antalya şəhərinin Qorqudeli qəsəbəsindəki məhkəmə binasında cinayət baş verib.


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı prokuror Qədir Küçükönər iş otağında silahlı hücuma məruz qalıb. Prokuroru vuran polis işçisi Turqut Avcı olub.

Məlumata görə, T. Avcının həmin məhkəmədə katibə işləyən həyat yoldaşı Şərifə Avcı fiziki qüsurlu övladına görə prokurordan icazə istəyib, lakin buna nail olma bilməyib. Bundan sonra Turqut Avcı məhkəmə binasına gələrək prokurorun iş otağında onunla mübahisə edib. Bu zaman prokurora 5 dəfə atəş açılıb. Güllələrdən üçü Küçükönərin qol, ayaq və sinəsinə dəyib.

Ağır yaralanan prokuror dərhal qəsəbədəki xəstəxanaya yerləşdirilib. İlkin müdaxilədən sonra isə tibbi helikopterlə Antalyaya aparılıb.

Hadisəni törədən T. Avcı saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib