Dərc edilib: 12-10-2017

https://www.nuh.az/12780-.html

Cahangir Hacıyev şikayətini geri götürdü

12.10.2017 15:38:26

LIVE

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev Ali Məhkəməyə ünvanladığı kassasiya şikayətini geri götürüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakimi İnqilab Nəsirovun sədrliyi ilə keçirilən bugünkü prosesdə onun vəkilləri ərizə verərək əlavə sənədlər təqdim etmək üçün şikayəti geri götürmək istədiklərini bildiriblər. C.Hacıyev də bunu təsdiqləyib.

Məhkəmə şikayəti geri qaytarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət almaqda təqsirləndirilir. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib