Dərc edilib: 12-10-2017

https://www.nuh.az/12781-.html

Türkiyədə Odissey tamaşasının açılışı olub

12.10.2017 16:14:46

Mədəniyyət

NUH.az-a daxil olan məlumata görə, dünən  qardaş Türkiyənin Marmaris şəhərində Ştutqart  teatrının  Homerin əsəri əsasında hazırladığı  “Odissey”  tamaşasını ilk  açılışı olub.


Bu  tamaşanın  musiqisini  teatrın  sifarişi ilə tanınmış Azərbaycan bəstəkarı İlyas Mirzəyev  yazıb.

Əsərin ikinci tamaşası Almaniyada olacaq.

Tamaşanın musiqi ifaçıları arasında Avropanın ən məşhur pərdəsiz bas ifaçısı Zurab Qaqnidze, skripkaçı Samir Güləhmədov  və  yeni alətin ( yay bahar ) yaradıcısı, universitet dosenti Görkəm Sen var.

Tədbirin təşkilatçısı Marmaris kültür və sənət dərnəyidir. 

 

 

   NUH.az 

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib