Dərc edilib: 12-10-2017

https://www.nuh.az/12791-.html

Bolqarıstan prezidenti xanımı ilə Azərbaycandadır

12.10.2017 19:46:24

Siyasət

Bolqarıstan prezidenti Rumen Radev sabah Azərbaycana rəsmi səfər edəcək.
 

APA-ya istinadən məlumatına görə, səfər zamanı R. Radev Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
 
Qonağın bir sıra digər görüşləri də nəzərdə tutulur.

***

Bolqarıstan prezidenti Rumen Radev oktyabrın 12-də Azərbaycana rəsmi səfərə gəlib.

AzərTac xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

R. Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib