Dərc edilib: 12-10-2017

https://www.nuh.az/12794-.html

Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıdı

12.10.2017 23:47:16

Reportaj

Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə oktyabrın 12-də Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.

“Respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə keçməsi barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır. KXDR hesab edir ki, ümumxalq səsvermə beynəlxalq normalara uyğun keçirilib”, - məlumatda deyilir.

Səfirlikdə əlavə ediblər ki, rəsmi Pxenyan bu məsələ ilə bağlı öz mövqeyini BMT-də səsvermə zamanı bildirib.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib