Dərc edilib: 13-10-2017

https://www.nuh.az/12798-.html

Keçmiş həyat yoldaşı Acunun evliliyindən danışdı - “Tək arzum...

13.10.2017 00:40:13

Maqazin

Zeynəb Yılmaz, keçmiş həyat yoldaşı Acunun Ilıcalının Şeyma Subaşı ilə evlənməsindən sonra ilk dəfə bu barədə danışıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Z.Yılmaz Acuna xoşbəxtlik arzulayıb.

O, hər şeyin keçmişdə qaldığını və gələcəyə nikbin baxdığını deyib:

“Mənim üçün önəmli olan dost qalmaqdır. Uşaqlarımızı bütün dedi-qodulardan uzaq tutmalıyıq. Uşaqlara diqqət göstərməsi kifayət edər və qayğı göstərir də. Səmimi olaraq deyirəm ki, tək arzum onun məndən daha çox xoşbəxt olmasıdır”.

Xatırladaq ki, 2003-2016-cı illərdə evli olan Acun və Zeynəbin Yasamən və Leyla adlı iki qızı var.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib