Dərc edilib: 13-10-2017

https://www.nuh.az/12814-.html

Baş həkim ruhi xəstəxanada “qoçu” saxlayır

13.10.2017 16:00:03

Hadisə

Bakının Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında baş  verən neqativ  hallarla bağlı  ölkə mətbuatında kifayət qədər məqalələr dərc olunub. Xəstəxanada antisanitariya vəziyyəti, yorğan döşəklərin  kir-çirkab içində olması, xəstələrə dərmanların baha qiymətə satılması, hətta ağıllı şəxslərin dəli adı  ilə hərbi xidmətdən yayındırılması  adi hala çevrilib.

Bütün bunlar azmış kimi sən demə xəstəxananın baş həkimi vışebala-qoçu saxlayırmış. 

NUH.az-a daxil olan məlumata görə, xəstəxananın baş həkimi Ağahəsən Rəsulov dəliləri “başa salmaq”  üçün Azim Əliyev Elvin  Şahbazov kimi  idmançılardan  xəstəxanada “vışebala”- qoçu kimi istifadə edir. Həmin şəxslər xəstələrə dəhşətli dərəcədə zülm edir, döyür və incidirlər. Məqsəd isə xəstələrin sahiblərindən pul almaqdır.

Daxil olan məlumatı dəqiqləşdirmək üçün  (012) 455 10 91 nömrəli telefonla xəstəxana ilə əlaqə saxladıq.

Telefona cavab verən katibə bildirdi ki, Həsən ( Ağasən) müəllim məşğuldur. Bizim xahişimizdən sonra  baş həkimin müavini olan xanımla danışmalı olduq.

Baş həkimin müavini olan xanım heç bir sualımıza, hətta ad-soyadı ilə bağlı sualımıza cavab vermədi  və kobud şəkildə   “ Nə istəyirsiniz yazın”  deyərək  telefonu qapadı.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib