Dərc edilib: 14-10-2017

https://www.nuh.az/12823-.html

Miloş Zeman: “Üzr istəmək fikrində deyiləm, Krım Rusiyaya məxsusdur”

14.10.2017 00:32:23

Mədəniyyət

Çexiya prezidenti Miloş Zeman Ukraynanın Krımı həmişəlik itirməsini iddia etdiyinə görə üzr istəməkdən imtina edib. Xatırladaq ki, AŞPA-dakı çıxışında M.Zeman məsələnin “həll edilmiş” olduğunu deyib və Rusiyanın Krıma görə Ukraynaya kompensasiya ödəməsini təklif edib.

Virtualaz.org xəbər verir ki, bundan sonra ukraynalılar Zemanı “arzuolunmaz şəxs” elan etməyə çağırmış, baş nazir Qroysman isə Çexiya prezidentini “psixi xəstə” adlandırmışdı.

Çexiyada dərc olunan “Prague Daily Monitor” nəşrinə müsahibəsində Zeman sözlərinə aydınlıq gətirib: “Krım Rusiyaya məxsusdur və mən elə bir Rusiya hökuməti təsəvvür edə bilmirəm ki, o, Krımdan imtina etsin”. Prezident bu sözlərin onun şəxsi fikri olduğunu deyib və üzr istəməyəcəyini bildirib.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib