Dərc edilib: 14-10-2017

https://www.nuh.az/12828-.html

Trampın “ovlaya” bilmədiyi məşhur qadınlar... - Fotolar

14.10.2017 02:18:26

Maqazin

Donald Tramp ABŞ prezidenti seçildiyi zamandan etibarən qərarları ilə yanaşı, həm də şəxsi həyatı ilə də daima gündəmdə olur. Belə ki, prezidentin rəsmi nikahlarından əlavə onun bəyənib və ya sevib, lakin “yox” cavabı aldığı məşhur qadınlar da var.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qadınlardan biri şahzadə Diana olub.

 

Məlumata görə, Trampla şahzadə Londonda xeyriyyə tədbirlərindən birində tanış olub və Donald uzun illər onu sevib. Diana Çarlzdan ayrıldıqda Tramp ona min ədəd qızılgül və zanbaq  göndərib. Lakin şahzadə ona rədd cavabı verərək Dodi Əl-Fayedlə görüşməyə başlayıb. 

Donald Tramp 1999-cu ildə ikinci arvadı Marla Meyplzdən boşanıb. Bu zamanlar onun model Bruk Şildsdən xoşu gəlib. 

“O, boşanandan dərhal sonra mənə zəng etdi və dedi: “Sən Amerikanın ən məşhur qadını, mənsə ən zəngin kişisiyəm. Biz birlikdə olmalıyıq. İnsanlar bunu bəyənəcəklər”.

Mən isə cavabında bildirdim ki, dostum var və sənin bu dediklərin ona xoş gəlməz”, -deyə B. Şilds söyləyib.

Aktrisa Salma Hayek “The Daily Show” proqramında bildirib ki, Tramp ona sevgilisinin yanında ehtirasla baxıb:

“Nyu-Yorkda partilərdən birində o, mənə yaxınlaşaraq pencəyini çiynimə atdı.

Tramp mənə yaxınlaşaraq pencəyini çiynimə atdı. Daha sonra sevgilimə çönərək “Düşünürəm ki, sizin sevgilinizə soyuqdur” dedi və bizimlə tanış oldu. Bizi Atlantik-Sitidəki malikanəsinə dəvət dərək mobil telefon nömrəsini verdi", - deyə aktrisa bildirib.

Tramp dəfələrlə Salmaya zəng edərək aktrisaya məhz onun kimi kişinin yaraşdığını və onunla görüşməli olduğunu deyib. Hayek isə Donaldın bütün təkliflərinə yox deyərək onunla görüşməkdən imtina edib.

Trampın “ov”una düşməyən qadınlardan biri də aktrisa Emma Tompson olub. Donald bir gün Emmaya zəng edərək onu “Trump Tower”ə nahara dəvət edib. 

“Onun zənginə çox təəccübləndim və təklifini düşünəcəyini dedim, lakin getmədim”, - deyə aktrisa söyləyib.

D. Tramp 1970-ci illərdə aktrisa Kendis Berqeni görüşə çağırıb

Görüş unudulmaz olub, buna səbəb isə Trampın geyimi olub. Belə ki, o, görüşə tünd-qırmızı rəngli kostyumda, eyni rəngli parlaq dəri ayaqqabılarda və eləcə eyni rəngli Limuzində gəlib. Kendis ikinci görüşə getməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib