Dərc edilib: 14-10-2017

https://www.nuh.az/12841-.html

Naxçıvan Avtomobil Zavodunda istehsal dayandı

14.10.2017 17:22:36

İqtisadiyyat

2017-ci ilin 9 ayı ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub.

 

Gununsesi.info   xəbər verir ki, Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.

2017-ci ilin yanvar-iyul və yanvar-avqust aylarında da (7 və 8 ayda) Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, 2 aydır Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.

01.10.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 124 ədəd təşkil edib.

01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 131 ədəd təşkil etmişdi. 01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd idi.

Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verir. Bu günlərdə zavodun bi neçə avtomobili alınaraq dövlət qurumlarına verilib.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib