Dərc edilib: 14-10-2017

https://www.nuh.az/12847-.html

Şəmsi Bədəlbəyli küçəsində “ölüm” kranı – İnsanlar narahatdır – FOTOLAR

14.10.2017 19:42:43

Günün sitatı

Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində tikilməkdə olan hündürmərtəbəli binanın kranı insanları qorxuya salıb. Bizimxeber.az-a müraciət edən vətəndaşlar bildirir ki, tikinti işlərini aparmaq üçün quraşdırılmış kran küçə boyu hərəkətdə olan avtomobillərin və insanların başı üzərində dayanıb. Həmçinin şəkillərdən də göründüyü kimi, kranın daşıyıcı hissəsinə aid olan “tross”lar yola sallaq şəkildə o tərəf bu tərəfə yellənməkdədir. 

Bizimxeber.az-ın əməkdaşları öyrənib ki, tikintini “Buta Group” şitkəti aparır və ərazidə yaşayış kompleksi inşa edilir. Məsələ ilə bağlı şirkətin nümayəndəsi Bizimxeber.az-a açıqlamasında deyib ki, tikinti işləri tam standartlara və normalara uyğun qanuni sənədlərlə həyata keçirilir. Daşıyıcı kranının bu formada qurulması və onun təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları rəy və təminat verib: “Kranı biz qurmamışıq. Kranın məxsus olduğu şirkət  bu təhlükəsiliyə cavabdehdir. Burda qorxulu bir şey yoxdr”.

Bizimxeber.az olaraq kranın nə qədər təhlükəsiz olduğunu deyə bilmərik. Sadəcə onu demək istəyirik ki, bu kran və onun daşıyıcı hissəsi hər an təhlükə yarada bilər. Heç kim hadisədən sığortalanmayıb. Sadəcə bunun qarşısını öncədən almaq mümkündürsə, niyə də göz yumaq.

Ümid edirik ki, aidiyyatı qurumlar bu vəziyyətə göz yummayacaq, hadisənin baş verməsini gözləməyəcək, qaydalara uyğun addım atacaq.

Nəzərə alaq ki, bu küçə boyu avtomobillər və insanlar hərəkət edir. Krana 3-5 metr kənarda 14, 2, 18, 79, 65, 33 və diğər avtobusların dayanacağı yerləşir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib