Dərc edilib: 15-10-2017

https://www.nuh.az/12857-.html

Qırğızıstanda prezident seçkiləri keçirilir

15.10.2017 11:54:57

Region

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.


"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla 08.00-da başlayan seçkilər 20.00-da yekunlaşacaq. Hazırkı prezident Almazbek Atambayevin vəzifə dövrü dekabrın 1-də yekunlaşır və qanunvericiliyə əsasən, o namizədliyini irəli sürməyib.

Prezident olmağa 11 nəfər iddialıdır və onlardan Sosial Demokrat Partiyasından Soornbay Jeenbekov və müxalif lider Omurbek Babanov əsas namizədlər hesab edilir.

Ölkədə ilk dəfə elektron seçki sistemi tətbiq edilir. Seçki qutularına atılan bülletenler avtomatik hesablanır və informasiya sayta ötürülür.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib