Dərc edilib: 15-10-2017

https://www.nuh.az/12862-.html

İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

15.10.2017 13:46:30

Reportaj

Ölkədə kifayyət qədər qalmaqallı imici ilə ad çıxarmış “Mətanət A” şirkəti ilə Dəşkəsinin icra başçısı Əhəd Abıyev arasında problemlər yaranıb. Bu barədə AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, bir müddət əvvəl “Mətanət A” şirkəti Daşkəsəndə “Ağdağ” gips zavodunun tikintisi üçün 30 hektara yaxın torpaq alıb. Ötən il isə bu zavodun açlışında Prezident İlham Əliyevdə iştirak edib. Lakin bu zavodun fəaliyyəti fövqəladə hallar naziri Kəmaləddin Heydərovu artıq bir ildən çoxdur ki qane etmir. Buna səbəb isə “Mətanət A” şirkətinin Daşkəsəndəki “Ağdağ” gips zavodunun “fövqəlnazir”in ailəsinə məxsus olan “Gilan Holding”in “Gilan TN” şirkətinin Goranboydakı gips zavodunun fəaliyyətinə əngəllər yaratmasıdır.

AzToday.az-a verilən məlumatlarda qeyd edilir ki, “Gilan TN” şirkətinin son bir ildə “Pacific” markası altında gips və gips əsaslı quru qatışıqları olan məhsullarının daxili və xarici bazarlarda satışı həddən artıq aşağı düşüb. Əvvəllər gün ərzində 250-300 tona yaxın məhsul istehsal edən “Gilan TN”-nin məhsulları hazırda ikiqat azalıb. Bu da təbii ki, şirkətin getdikcə iflasa uğramasına gətirib çıxarda bilər. Elə bu səbəbdən də bunun qarşısının alınması üçün Kəmaləddin Heydərov Daşkəsənin icra başçısı Əhəd Abıyevə özünün emisarları vasitəsilə “Mətanət A” şirkətinin fəaliyyətinə müxtəlif maneyelərinin törədilməsi xahişini göndərib. Amma Əhəd Abıyev “Mətanət A” şirkətinin sahibi Elxan Bəşirovla vaxtıilə maddi maraqlar üzərində anlaşdığından indi bu problem icra başçısının sümük olaraq boğazında qalıb. Çıxış yolu olmayan Əhəd Abıyev Kəmaləddin Heydərovla “konfortasiya” gücündə olmadığına görə, məsələ barədə “Mətanət A” şirkətinin sahibi Elxan Bəşirovu dolayı yollarla məlumatlandırıb. Sonda məsələ belə həllini tapıb ki, hər iki tərəf, yəni Əhəd Abıyev və Elxan Bəşirov özünün hakimiyyətdəki patronajları vasitəsilə fövqəladə hallar naziri Kəmaləddin Heydərova qarşı güclərini səfərbər etsinlər.

Qeyd edək ki, bir çox mütəxəssislər fiziki və texniki xassələrinə görə gipsin mükəmməl inşaat materialı olduğunu deyirlər. Lakin Azərbaycanda milyonların dövr etdiyi bu biznes sahəsində şübhəli iqtisadi proseslər baş verdiyinə görə, ekspertlər bazara heç də dəqiq qiymət verə bilmirlər. Yerli iqtisadçılar isə gipsin həm də “korrupsiya keçiriciliyinin” olduğunu iddia edirlər.

 

   NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib