Dərc edilib: 15-10-2017

https://www.nuh.az/12863-.html

Hafka həbs olundu - Silahlı basqına görə

15.10.2017 15:23:48

Kriminal

Moderator.az keçmiş polis rəisi Müşfiq Mədətova qarşı baş vermiş hücum və polisin keçirdiyi əməliyyat haqqında xəbəri oxucularına çatdırıb və hadisələrin gedişi barədə daxil olan yeni məlumatları diqqətinizə çatdırmaqda davam edir.

Mədətova silahlı basqın edən şəxslərin biznes aləmində tanınmış bir şəxsin mühafizə dəstəsinin üzvləri olduğunu xəbər vermişdik. Yeni aldığımız məlumata görə bu şəxs “Hafka”ləqəbi ilə tanınan Hafiz Məmmədovdur və hüquq –mühafizə orqanlarının gördüyü tədbirlər məticəsində o həbs edilib. Müşfiq Mədətovla Hafiz Məmmədov arasında yaranan konfliktin səbəbləri haqqında bəzi məlumatlar əldə etsək də, hələlik müəyyən dəqiqləşdirmələr aparılır və ətraflı informasiyaya sahib olan kimi sizin diqqətinizə çatdırılacaq.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib