Dərc edilib: 15-10-2017

https://www.nuh.az/12864-.html

Dəhşətli terror oldu: 189 ölü, 200 yaralı

15.10.2017 16:32:58

Dünya

Dünən Somalidə törədilən terakt nəticəsində ölənlərin sayı 189-a yüksəlib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, paytaxt Moqadişuda təşkil edilən 2 bombalı hücum nəticəsində ölənlərin sayı 189-a, yaralıların sayı isə 200 nəfərə çatıb. 

Partlayışlar şəhərin ən izdihamlı bölgəsində, 2 saat sonra isə Mədinə adlı ərazidə törədilmişdi. Faciə səbəbilə ölkədə 3 günlük matəm elan edilib. 

Hücumu hələlik hansısa qruplaşma öz üzərinə götürməyib. Əl Qaidəyə bağlı Əl Şəbab terror qrupu hadisədə şübhəli hesab edilir. 

Qeyd edək ki, Əl Şəbab bir müddət paytaxta nəzarət etmiş, lakin 2011-ci ildə ərazini tərk etmək məcburiyyətində qalmışdı. Afrika İttifaqı qüvvələri də daha sonra bu qrupun əlindəki bir çox ərazidə hakimiyyəti bərqərar etmişdi.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib