Dərc edilib: 18-10-2017

https://www.nuh.az/12909-.html

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür

18.10.2017 09:03:27

Siyasət

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 26 il ötür.

 

  “Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. 1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual salınıb: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib. Bu gün 18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram kimi qeyd edilir, lakin qeyri-iş günü sayılmır. Prezident İlham Əliyev dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması haqqında sərəncam imzalayıb.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib