Dərc edilib: 18-10-2017

https://www.nuh.az/12913-.html

İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb - Video

18.10.2017 10:02:44

Maraqlı

Bakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayraq cırılıb. 

 

Baku.ws yaydığı videoda dövlət bayrağının cırıldığı açıq-aydın görünür.  İcra Hakimiyyətinin Bakının mərkəzində yerləşən binası arxitektur dizaynı ilə turistlərin də marağını çəkir. Xarici qonaqların tez-tez bu binanın fotosunu çəkdiyinin şahidi oluruq. Bakı Şəhər İcra Hakimiyyətinin binasında cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.

***

Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Nailə Məmmədova  məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, bu təbii haldır: “Külək əsən zaman bu cür hallar baş verir.  Külək dayanandan sonra bayraq yenisi ilə əvəzlənir. Məsələni reytinq naminə ictiamiləşdirməyə, hadisəni şişirtməyə ehtiyac yoxdur”.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib