Dərc edilib: 18-10-2017

https://www.nuh.az/12915-.html

Leyla Əliyeva Zülfiyyənin ad günündə

18.10.2017 10:49:38

Maqazin

Xəbər verdiyimiz kimi, xalq artisti Zülfiyyə Xanbabayevanın 50 yaşı tamam olub. “Qafqazinfo” xəbər verir ki, müğənni həmkarları, yaxın dostları ilə birgə ad gününü keçirib.

Gecədə xalq artistləri Brilliant Dadaşova, Təranə Muradova, əməkdar artistlər Sevda Ələkbərzadə, Eyyub Yaqubov və başqaları iştirak edib. 

Xalq artistini təbrik edənlər sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub. 

Əliyeva instaqram səhifəsində foto paylaşaraq xalq artistini bir daha təbrik edib: 

“Əzizim Zülfiyyəni ad günü münasibəti ilə təbrik edirəm!!! Xoşbəxtlik, cansağlığı və bütün arzularının yerinə yetməsini diləyirəm”.

 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib