Dərc edilib: 18-10-2017

https://www.nuh.az/12919-.html

Yeni məhkəmə sədri kimin bacanağıdır ?

18.10.2017 12:23:15

LIVE

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.


Unikal.org-un  verdiyi  məlumata görə, təyinatda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynovun bacanağı Hacıyev Sədrəddin Abuzər oğlu da var.

Belə ki, S.Hacıyev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sədri vəzifəsinə təyinat alıb.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib