Dərc edilib: 18-10-2017

https://www.nuh.az/12929-.html

Soros sərvətinin 18 milyard dollarını bağışladı

18.10.2017 19:20:54

Dünya

ABŞ-lı macar yəhudisi olan məşhur milyarder Corc Soros sərvətinin 80%-ni 1979-cu ildə yaratdığı fonda bağışlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 23 milyard sərvəti olan Soros "Open Society Foundations"a 18 milyard dollar yatırım edib. 

Britaniyalı filosof Karl Popperin "The Open Society and Its Enemies" kitabından təsirlənərək qurulan fondun mərkəzi hazırda Nyu York şəhərindədir və təşkilat bu günə qədər 14 milyard dollar ianə almışdı. İnsan haqqları, təhsil, media, səhiyyə, hüquq, iqtisadiyyat kimi sahələrə yatırım edən fondun 2017-ci il üçün büdcəsi 940 milyon dollar müəyyənləşdirilib. Bu məbləğin 99 milyonu uşaq təhsilinə, 89,6 milyon dolları isə media sahəsinə yatırılıb.

87 yaşlı Soros ölmədən əvvəl sərvətinin böyük hissəsini təşkilata verəcəyini açıqlamışdı. Bu məbləğlə "Open Society Foundations" ən böyük büdcəsi olan 2-ci fonda çevrildi. Ən nəhəng bu tipli təşkilat isə 40 milyard dollar büdcə ilə "Bill & Melinda Gates Foundation" hesab edilir.

İxtisasca filosof olan Corc Soros 1992-ci ildə ingilis funtunun dəyər itirməsi məsələsinə etdiyi yatırımlardan 10 milyard dollar qazanmış və bununla dünyada güc sahibi olan investor, biznes maqnatı və xeyriyyəçiyə çevrilmişdi.
Bu günə qədər adı bir çox nəhəng layihələrdə hallanan milyarder üçün avqust ayında ABŞ-da anti-kampaniya təşkil edilmişdi. Belə ki, Ağ Evin rəsmi saytında yaradılan imza toplama kampaniyasında Corc Soros bir çox təşkilat və qurumları ABŞ-ın dövlətçilik siyasətinə qarşı çıxmaq üçün təşviq etməkdə, dünyanın bir çox ölkəsində inqilabları maliyyələşdirməkdə, siyasi manipulyasi metodlarından istifadə etməkdə ititham edilir və onun xalq düşməni elan edilməsi tələb edilirdi.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib