Dərc edilib: 18-10-2017

https://www.nuh.az/12933-.html

«Qarabağ»dan möhtəşəm oyun, tarixi nəticə

18.10.2017 22:12:47

İdman

Çempionlar Liqasında III turun oyunları keçirilir.  "Qarabağ" növbəti oyununu doğma meydanda "Atletiko"ya qarşı keçirib.

İlk iki oyunda "Çelsi" və "Roma"ya uduzan "Qarabağ" bu dəfə meydandan xalla ayrılıb. Dino Ndlovu 75-ci dəqiqədə meydandan qovulduğundan son 15 dəqiqəni azlıqda keçirən "Qarabağ" Çempionlar Liqasında 3 dəfə final oynayan rəqibi ilə "sülh" bağlayıb - 0:0. Hətta matçın fransalı baş hakimi "Qarabağ"ın penaltisini verməyib, komandamızın əleyhinə bəzi qərarları ilə diqqəti çəkib. Bu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk xalı olub.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib