Dərc edilib: 18-10-2017

https://www.nuh.az/12937-.html

Əməkdaşlıq Mərkəzi hakimiyyətdən ölkə xaricində və daxilində yurnalistlərin təqibini dayandırmağı tələb edib

18.10.2017 23:45:51

Cəmiyyət

Əməkdaşlıq  Şurası hakimiyyəti yurnalistlərin təqibini dayandırmağa çağırıb.

Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

Əməkdaşlıq Mərkəzinə daxil olan partiyalar Müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik edib, müstəqil dövlətçilik ideyası daşıyıcılarının, azərbaycan xalqına layiq bir hakimiyyət komandasının iqtidara  gələcəyi, xalqın dərdlərinə məlhəm olacağı günün  uzaqda olmadığını bildirib.

Əməkdaşlıq Şurası Ukraynada yurnalist Fikrət Hüseynlinin həbsindən təəssüfləndiyini və təəccübləndiyini bildirib,  Azərbaycan hakimiyyətindən ölkə xaricində və daxilində yurnalistlərin təqibini dayandırmağa, ölkənin köklü problemləri ilə məşğul olmağa çağırıb.

Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

 

     NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib