Dərc edilib: 19-10-2017

https://www.nuh.az/12938-.html

Dieqo Simeone:"Gözlənilməz nəticə oldu"

19.10.2017 00:10:51

İdman

"Bəli, gözlənilməz nəticə oldu. İlk hissədə bir neçə qol fürsəti yaratsaq da, fərqlənə bilmədik. Bu epizodları boşa verməyimiz komandanın üzərində təzyiq yaratdı. Xal itirmək qorxusu yarandı ki, sonda belə də oldu. Bu oyunu unudub, qarşıdakı matçlara köklənəcəyik. Bu yaxınlarda klubla yeni müqavilə imzaladım. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq. “Qarabağ”ın heyətində əsasən, qapıçının oyununu fərqləndirərdim. İlk hissədə Qrizmann və Karraskonun zərbələrini zərərsizləşdirdi. Bundan əlavə, “Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı". Modern.az xəbər verir ki, bunu "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Bakıda oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

Baş məşqçi bildirib ki, komandasında fiziki çatışmazlıq olmayıb: "Sadəcə, yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Bu da ikinci hissədə komandanın üzərində təzyiq yaratdı. Bu gün yaxşı oynadıq, sadəcə, qol vura bilmədik. Bu oyunda 3 xala ehtiyacımız var idi. Rəqib də bundan istifadə edib, bizi əks-hücumda cəzalandırmaq istəyirdi ki, bu da onlarda alınmadı".

NUH informasiya agentliyi səhifəsindən çap edilib