Dərc edilib: 19-10-2017

https://www.nuh.az/12943-.html

Şəkidə bələdiyyə binası yanır

19.10.2017 01:28:22

LIVE

Şəkidə bələdiyyə binası yanır.

 

APA-nın  verdiyi məlumata görə, oktyabrın 18-i axşam saat 23:30 radələrində rayonun Baş Göynük kənd bələdiyyəsinin yerləşdiyi inzibati binada yanğın başlayıb.
 
Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə Şəki DYMH-nin iki, Qax DYMH-dən isə bir yanğınsöndürən maşın və şəxsi heyətləri cəlb edilib.
 
Artıq saat yarımdır ki, yanğın davam edir. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

  NUH.az

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib