Dərc edilib: 19-10-2017

https://www.nuh.az/12955-.html

FETÖ-nün Azərbaycan imamı həbs olundu

19.10.2017 15:28:23

Dünya

Fəttullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycandakı qruplaşmasının rəhbərlərindən olduğu deyilən və Türkiyəyə daxil olarkən hava limanında saxlanılan Faruk Yıldız həbs olunub.

"Qaynarinfo" xəbər verir ki, FETÖ-çu Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsindəki sənədləşmə işlərinin ardınca Ankara Ədliyyəsinə aparılıb.

İstintaqı aparan prokurora ifadə verən Faruk Yıldız Növbətçi Çülh Cəza Məhkəməsinə göndərilib. Ankara 2-ci Sülh Cəza Hakimliyi onun həbs olunmasına qərar verib.

Qeyd edək ki, Faruk Yıldız oktyabrın 6-da saxlanılmışdı.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib