Dərc edilib: 19-10-2017

https://www.nuh.az/12956-.html

Qadının qulağındakı sırğanı qoparıb qaçdı

19.10.2017 15:40:28

Kriminal

Oktyabrın 18-də saat 9 radələrində “Moskva” ticarət mərkəzində naməlum şəxs bir qadının qulağındakı qızıl sırğasını qoparıb qaçıb. 

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, ərazidə xidmətdə olan Mühafizə Polisinin əməkdaşları tərəfindən həmin şəxs bir qədər aralıda saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Hüseynov olduğu məlum olub. Onun üzərinə baxış keçirilən zaman həmin qadına məxsus qızıl sırğa maddi sübut kimi, həmçinin 0,399 qram heroin də aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi açılıb.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib