Dərc edilib: 19-10-2017

https://www.nuh.az/12965-.html

Leyla Əliyeva nazirlərlə seminarda

19.10.2017 18:27:08

Cəmiyyət

Oktyabrın 19-da Bakıda "İnnovasiya ekosisteminin qurulması” adlı seminar başlayıb.

 

AzərTac  xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin deputatları, dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd müvafiq dövlət və özəl qurumların birgə innovasiya ekosisteminin təşəkkülü ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib