Dərc edilib: 20-10-2017

https://www.nuh.az/12977-.html

Avropada ən çirkli hava Çexiyadadır

20.10.2017 01:21:37

LIVE

Avropa Ətraf Mühit Agentliyinin hesabatına əsasən, Çexiya Respublikası ərazisindəki hava Avropa İttifaqına üzv ölkələrdə ən çirkli hava olaraq qalır və sağlamlıq üçün böyük təhlükə yaradır.

AZƏRTAC-ın   məlumatına görə, mütəxəssislərin fikrincə, 2014-cü ildə 400 min avropalının, o cümlədən 10 min çexiyalının ölüm səbəbi hesab edilən xırda tozla (PM2,5 hissəcikləri) çirklənmə daha çox təhlükəlidir. Çirklənmənin əsas mənbələrindən biri kənd təsərrüfatıdır. Bununla yanaşı, Çexiya və Slovakiya Aİ-yə üzv ölkələr arasında kənd təsərrüfatı müəssisələrinin adambaşına düşən sayına görə öndə gedir.

Agentliyin hesabatında, həmçinin qeyd olunur ki, 2015-ci ildə Aİ şəhərlərinin çoxunda havanın çirkliliyi yol verilən normalara uyğun olub. Lakin Çexiya atmosferi PM2,5 ilə daha çox çirklənən ölkələr arasındadır. Bu siyahıya Bolqarıstan, Polşa, Slovakiya, Macarıstan və İtaliyanın bəzi vilayətləri də daxildir.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib