Dərc edilib: 20-10-2017

https://www.nuh.az/12978-.html

Çovdarovun güllələnməsi ilə bağlı “İntensiv istintaq tədbirləri həyata keçirilir” - Gürcüstan DİN rəhbəri

20.10.2017 09:17:01

Hadisə

Marneulinin Qızılhacılı kəndində azərbaycanlı majoritar namizəd Ceyhun Çovdarov və onu müşayiət edən üç şəxsin güllələnməsi ilə bağlı intensiv istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

APA  xəbər verir ki, bu barədə Marneulidə olan Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili deyib. Nazir insidenti siyasiləşdirməməyə və ilkin versiyalardan çəkinməyə çağırıb: “İnsidentlə bağlı istintaq aparılır və bütün versiyalar nəzərdən keçirilir. Həkimlərin dediyinə görə, yaralı şəxslərin həyatı təhlükədə deyil”. Hazırda Gürcüstanın səhiyyə naziri David Sergeenko yaralıların olduğu xəstəxanadadır. Nazirə yaralı şəxslərin vəziyyəti barədə məlumat verilib. Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Nemsadze də xəstəxanaya baş çəkib.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib